Masterclass komandasına maraqlı müracət daxil olub. İzləyicilərdən biri idarə etdiyi Toyota avtomobilində əyləc sistemində problem olduğunu iddia edirdi. Vüqar usta isə bunun normal olduğunu bildirirdi. Mövzu ilə bağlı bir neçə digər dinləyici də bizə zəng edib həqiqətən də digər avtomobillərlə müqayisədə Toyotaların bir neçə SUV modellərində əyləc sisteminin zəif olduğunu bildirdilər. Videoda Vüqar usta şikayət edən dinləyicimizlə bərabər məsələni izah edir.