Haqqımızda

Masterclass.az saytına xoş gəlmisiz!

Bu sayt Masterclassın layihəsidir. 08.04.2013-cü ildə Azərbaycanda ilk dəfə belə bir virtual sorğu xidməti fəaliyyətə başladı - 9192 sms xidməti. Məqsədimiz sürücüləri texniki mövzularda məlumatlandırmaq, düzgün ustalara yönləndirmək, eləcə də qarşı tərəfə bu işin məsuliyyətini izah etmək idi. Sms xidmətimiz həm də vaxta qənaət üçün sürücülərə alternativ variant təklif edir.

Əlaqə üçün əlavə whatsapp nömrəmiz də fəaliyyət göstərir: (050) 442-91-92

Saytımızda onlayn müraciət bölümündən də cavab ala bilərsiniz.

Bu layihə həm də sürücüləri ortaq problemlər ətrafında birləşdirir. Razı və narazı qaldığımız ustalar, ehtiyat hissələri mağazaları, yanacaq doldurma məntəqələri, rəsmi avtoservislər, mənşəyi bilinməyən avtomobil yağları var. Onlara qarşı birgə mübarizə aparmaq və ya sadəcə doğru seçim etmək.

Saytımızda siz həm də alqı-satqı bölümündən faydalana bilərsiz. Burada çox vacib bir məqam var. Adətən alqı-satqı saytları texniki məsuliyyəti öz üzərinə götürmür. Yəni kim hansı avtomobili satmaq istəyirsə elan verir. Nəticədə bəzən gedib görürük ki, heç də hər şey şəkildə göründüyü kimi gözəl deyil. Masterclass.az saytında isə usta tərəfindən rəy almamış elan yerləşdirilməyəcək. Bu açıq yoxlamaya hazır olan hər kəsi aramızda görməkdən şadıq!

Ehtiyat hissələri bölümümüzdə həm yeni, həm də ikinci əl detalları görə biləcəksiz. Bu açıq platformadır. Hər kəs istədiyi detalı satışa təqdim edə bilər. Orijinallığı təyin etmək çox çətin olduğu üçün biz sadəcə bu mövzuda sizi maarifləndirməklə kifayətlənəcəyik. Bunu həm də saytımızda videolar bölümündə görə biləcəksiz. Radio verilişlərimizin arxivlərini də saytımızdan dinləmək imkanınız var.

Ustalar bölümünə yalnız tanıyıb, etibar etdiyimiz şəxslərin ünvanları və işləri ilə sizi tanış edəcəyik. Bununla yanaşı şərh bölümündə siz də xidmətlərindən razı və narazı qaldığınız ustalar haqqında rəy yaza biləcəksiniz.

Bundan başqa Vin üzrə axtarış bölümündə şassi kodunu qeyd etməklə avtomobiliniz haqqında geniş texniki məlumat əldə edəcəksiniz. Diaqnostika zamanı qarşınıza çıxan xətalar haqqında isə Avtomobil Kodları bölümündə tanış ola bilərsiniz.

Saytımız üzərindən də Facebookda kifayət qədər populyar olan Masterclass Azerbaijan səhifəsinə keçə bilərsiniz:  https://www.facebook.com/masterclassaz/

Hörmətlə,

Masterclass Azerbaijan