BU KÜÇƏYƏ AVTOMOBİLLƏRİN GİRİŞİ QADAĞAN OLUNACAQ

Paytaxtın mərkəzi ərazilərindən biri, Fəvvarələr meydanı ilə Qış Parkını əlaqələndirən İslam Səfərli küçəsinə avtomobillərin girişinin qadağan olunması nəzərdə tutulub.  Sözügedən yolun bağlanması həmin ərazi ilə əlaqəli olan Lev Tolstoy, Həzi Aslanov, Əlövsət Quliyev, Bəşir Səfəroğlu kimi hərəkətin intensiv olduğu küçələrdə xaos yarada bilər. Bakı Nəqliyyat Agentliyi qeyd edilən əraziyə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsini nəzərdə tutub. Təəssüf ki, bunun nə qədər ərazini əhatə edəcəyi barədə dolğun informasiya verilməyib. İslam Səfərli küçəsinin bağlanması isə ən çox sahibkarların ürəyincədir. Çünki küçələrin avtomobilsizləşdirilməsi icarə haqlarının yüksəlməsinə, xidmət sektorunda qiymətlərin artmasına səbəb olacaq. Artıq həmin ərazidə yerləşən obyekt və mənzillərin qiymətində artım müşahidə olunur.

634 06-10-2022

Paylaş:

Digər xəbərlər