KİA, BƏZİ SPORTAGE VƏ SORENTOLARI GERİ ÇAĞIRIR

Yanğın riski səbəbi ilə 70.000 avtomobil geri çağırılacaq.

Cənubi Koreya avtomobil istehsalçılarından olan Kia və Hyundai, son zamanlarda kifayət qədər çox sayda avtomobili geri çağırmağa başlayıb. Keçən günlərdəki Hyundai Palisade və Kia Telluride əlavə olaraq Kia, yanğın riski səbəbilə bəzi Sportage və Sorento modellərini geri çağırmaq qərarına gəlib.

Türkiyədən verilən məlumata görə təkcə bu ölkədən təxminən 70.000 ədəd avtomobil geri çağırılacaq. Əsas səbəb isə yedək (dartqı) modulundaki bir problemdən qaynaqlanır. Yedək (dartqı) dəmirindəki sxemdə, nəm vəziyyətlərdə qısa qapanma baş verərək yanğına səbəb olur.

Yanğın, avtomobil işlək olmadıqda da baş verə bilir. Məlumatlara görə 22.000 ədəd avtomobildə ilkin təchizat olarq bu komplektasiya təqdim olunur. Geriyə qalan 49.000 avtomobildə isə yedək dəmiri modulu nümayəndəlikdə taxılıb. 10 Dekabr 2015-ci ildən 7 Dekabr 2021-ci ilə qədər istehsal edilən Sportagelər və 27 Oktyabr 2014-cü ilə qədər istehsal olunan Sorentolar geri çağrılma siyahısına daxildir. Bunlardan başqa 2022 model Kia Sorento PHEV-lər də geri çağırılanlar arasındadır.

Hazırda xətanın necə həll olunacağı bilinmir. Ancaq Kia, avtomobil sahiblərinə avtomobillərini tikililərdən uzaq bir yerdə park etmələrini və avtomobildən istifadə etməmələrini tövsiyyə edib. Bundan başqa nümayəndəliklərə də yedək dəmiri modulunun satışı ilə bağlı məlumat da verilib. İrəliləyən zamanlarda səbəbin aşkarlanması ilə avtomobil sahiblərinin düşdüyü bu vəziyyət öz həllini tapacaq.

 

Azərbaycan nümayəndəliklərindən bu barədə hər hansı bir məlumat olmadığı üçün, yalnız Türkiyə statistikasını sizinlə bölüşdük.

1816 24-09-2022

Paylaş:

Digər xəbərlər