TESLA-DAN YOUTUBE-A QARŞI TƏLƏB

Amerikanın Tesla şirkəti YouTube-da uşaq manekenləri yayılmış videonu silməyi tələb edib.

Xatırladaq ki, videoda Tesla elektromobili avtopilotda olarkən 3 dəfə ardıcıl olaraq uşaq manekeni ilə qarşılaşır və manekeni sanki təyin edə bilmir, nəticədə manekeni vurur. Tesla nümayəndələri bunu “şər böhtan” xarakterli video adlandırıb. Videonu kanalında yerləşdirən Dan O dovd Media-nın aparıcısı isə test drive-lardan sonra Birləşmiş Ştatlarda yollarda avtopilot rejimini qadağa etməyə səsləyib. Tesla isə video tezliklə silinməzsə məhkəməyə müraciət edəcəyini bildirib.

1023 08-09-2022

Paylaş:

Digər xəbərlər