BU TARİXDƏ AVTOMOBİLLƏR BAHALAŞACAQ

Bunu açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. Lakin bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb. Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər: "Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək".

2308 08-09-2022

Paylaş:

Digər xəbərlər