MAZDA 2 HİBRİD TƏQDİM EDİLDİ

Mazda öz modelləri sırasına ilk dəfə özünü doldura bilən tam hibrid modelini əlavə etdi.

Avtomobil istehsalçıları tamamilə elektrikli modellərdən əvvəl hibrid modellərini sürücülərə təqdim edərək, bir keçid dövrünə daxil olur.

Bu çərçivədə Mazda öz modelləri sırasına ilk dəfə özünü doldura bilən tam hibrid modelini daxil etdi: Mazda2 Hibrid!

Mazda2 Hibrid nə təklif edir?

Paris İqlim Sazişi çərçivəsində, 2030-cu ilə qədər bütün modellərindəki CO2 səviyyəsini 50% azaltmağı hədəfləyən Yapon avtomobil nəhənginin yeni davamlılıq strategiyasında Mazda2 Hibrid, vacib bir məsuliyyəti öz öhdəsinə götürəcək.

 

Mazda2, Toyota Motor Corporation ilə hal-hazırda davam edən iş birliyinin məhsulu olaraq diqqətləri öz üzərinə çəkir. Tamamilə elektrikli sürüşə imkan verən EV rejimi sürücülərə təqdim edilərkən 1490 kub həcmindəki benzinli mühərriki 93 at gücü, elektrikli mühərriki isə 59 kW güc istehsal edən Mazda2 Hibrid, ümumilikdə 116 at gücünə sahibdir.

0-dan 100 km/s sürətə 9.7 saniyədə çıxan avtomobilin son sürəti isə 175 km/s-dir.

 

*WLTP normalarında 100 km-də 3.8-4.0 litr kimi bir yanacaq sərfiyyatı nəticələrinə sahib olan kiçik Mazda, qaza basıldığında və əyləcləmələrdə ortaya çıxan kinetik enerjini yüksək performanslı batareyasında toplayır və beləcə xarici bir güc doldurulmasına ehtiyac duymur.

 

Normal sürüşlərdə isə optimal performans üçün əməliyyat sistemi, benzinli mühərrik və elektrikli mühərrik arasında güc bölgüsünü ağıllı formada gerçəkləşdirir.

 

Kiçik qrupda olmasına qarşı 2560 mm-lik təkər bazasıyla 4 yetişkin üçün kifayət qədər genişliyə sahib olan Mazda2 Hibrid, 286 litrlik baqaj həcminə sahibdir.

 

Euro NCAP testlərində 5 ulduza layiq görülən model, Avropa bazarında 2022-ci ilin yaz aylarında satışa çıxacaq.

 

-----

WLTP - "Minik Avtomobilləri üçün Ümumdünya Uyğunlaşdırılmış Test Proseduru"nun qısaltması olub, avtomobillərin yanacaq sərfiyyatı məlumatlarını və karbon emissiya dərəcələrini daha real bir formada təqdim etməyi hədəfləyən test mərhələsidir.

2906 13-12-2021

Paylaş:

Digər xəbərlər