İlk dəfə 2014-cü ildə bazara çıxan BMW X4 aradan keçən dörd illik zaman çərçivəsində 20 min ədəd satılarkən, 2019 BMW X4 gün üzünə çıxdı. Yenilənən X4-ün dizayn tərəfdən keçən il təqdim edilən X3-ə oxşadığını rahatlıqla deyə bilərik.
İyul ayında satışa çıxacaq olan yeni BMW X4-ün başlanğıc qiyməti 51.400 dollar olaraq açıqlanarkən, iki çəkər və dörd çəkər olmaq üzrə iki fərqlı model şəklində avtomobil həvəskarlarını gözləyir; X4 xDrive30i və X4 M40i
2019 model BMW X4 ötən il təqdim olunan X3-ə bənzəyir!
xDrive30i modelinə güc verən 2 litrlik 4 silindirli motor 248 at güc təmin edir. Bu sayədə avtomobil 150 KM sürətə 6 saniyə kimi bir vaxt içərisində çatır. M40i modeli isə gücünü 3 litrlik 6 silindirli motordan alır. 335 at gücündə olan bu motor avtomobili 0’dan 150 KM sürətə 4.6 saniyədə çatır.
Duman faraları kimi hissələrdə edilən dəyişiklik ilə daha ciddi bir görünüşə qovuşan avtomobil, 10.25 inch böyüklüyündə bir sensor ekrana sahibdir. Bu sayədə BMW ən yeni nəsil informasiya – əyləncə sistemini istifadəçilər ilə qovuşduran avtomobil sürüş təhlükəsizliyi üçün bir çox texnologiyaya ev sahibliyi edir.
Adaptiv sürüş idarəsi, zolaq idarəsi, avtomatik təcili tormuzlama, kor nöqtə aşkarlanması kimi bir çox özəlliyə sahib olan avtomobil, geniş head-up ekranı sayəsində sürücünün tamamən yola fokuslanmasını təmin edir.
Ön hissəsində daha böyük bir setkanın yer aldığı BMW X4, üfüqi sis lampalarına və sərt xəttlərə sahib faralara ev sahibliyi edir. Tavan cizgisi arxa tərəfə doğru ciddi bir bükümə sahib olan avtomobildə iki ədəd tüstü çıxışı yer alır.
2019 model BMW X4-ü alan sürücülər Sport, Comfort və Eco Pro olmaq üzərə üç fərqli sürüş rejiminə sahib olacaqlar. Buna əlavə olaraq ödəniş qarşılığında funksional olaraq təqdim edilən Sport + rejiminə qovuşmaq mümkündür.