Yağışlı havalar gəldi, avtomobilin təkərlərini dəyişmək istəyənlər artıq yeni təkər almaq barədə düşünür. Təkər alarkən adətən nələrə diqqət edirik? Firma, istehsal olunduğu ölkə, qiyməti və insanların rəyi.
Amma bu gün sizə təkər alarkən daha 2 xarakteristikasına fikir verməyin nə üçün vacib olduğunu izah etməyə çalışacam.
Nədir onlar?
1. Təkər stikeri
Belə ki, Avropa Komitəsi 1 Noyabr 2012-ci il tarixindən etibarən Avropa bazarına satışa gətiriləcək istənilən təkərdə bu etiketin olması tələbini qoydu. Təkər istər Çində istehsal olunsun, istərsə də Fransada fərq etməz.
Məsələ etiketdə yox, onun üzərində qeyd olunan parametrlərdədir. Belə ki, Avropada təkər alarkən brend və hara istehsalı ilə yanaşı təkərin
- yaş səthdəki performansı;
- nə qədər səsli olması;
- və ən əsası nə dərəcədə yanacağa qənaət etməsi
parametrləri də əsas göstərici sayılır.
Hətta 2021-ci ildən bu stikeri təkmilləşdirərək buraya yeni,
- İstehsalçı adı
- QR kodla təkər haqqında məlumat
- Buzlu və qarlı hava şəraitində istifadəsi
- Fəsil göstəricisi kimi xarakteristikalar əlavə olundu.
Deyə bilərsiniz ki,"bunlar nəyimə lazım?" - Masterclass Facebook səhifəmizə son zamanlar Hansı təkər məsləhətdir? Hansı daha səssizdir? Və ya hansı dözümlüdür? kimi çoxsaylı suallar ünvanlanır.
Elə bütün bu suallara təkərlərin üzərinə yapışdırılan stikerdə cavab tapmaq mümkündür.
P.S. Onu da qeyd edək ki, təkər Avropa üçün istehsal olunubsa bu stikeri görə biləcəksiniz.
Bilirsinizmi ki, 20 % yanacağa qənaət etmək üçün daha qənaətcil təkər seçməklə - yağışlı havada sürüşməni önləmək və tormoz məsafəsini qısaltmaq üçün yaş səth göstəricisi A,B,C olan və ən əsası səs göstəricisi aşağı olan təkər seçməklə daha səssiz təkərlərə sahib ola bilərsiniz? Fərqləndirmək üçün deyək ki:
- Söhbət edərkən 40-45 Db
- Ofis 50-60 Db
- Küçə 70-80 Db
- Mühərrikli mişar 100 Db səs yaradır.
2. Diski qoruyan təkər
Bahalı disk avtomobilin yaraşığıdır. Amma bəzən park etmə zamanı səki kənarları və ya bərbad yol şəraiti avtomobilimizin bahalı disklərini zədələyə bilər. Bəs müasir təkərlərdə diski qoruma funksiyası olduğunu bilirdinizmi?
Əgər təkər üzərində MFS, FSL, FR, FP, RPB, RPC yazıları varsa, bu təkərin disk qorumalı olduğuna bir işarədir. İşdi bu işarələrdən təkər üzərində tapmasanız diskin təkərə oturduğu yerdən qabartılı çıxışlı olması da təkərin disk qorumalı olması mənasına gəlir.
Bu siyahıda disk qorumalı təkərləri hansı brendlər hansı adlarla təqdim etdiyini görə bilərsiniz:
Continental: "FR" işarəsi
Michelin: "FP" veya "RPC" işarəsi
Bridgestone: "Rim Guard" veya "FSL" işarəsi
Dunlop: Maximum Flange Shield "MFS" veya Fringe Protector "FP" işarəsi
Goodyear: "RFP" veya "FP" işarəsi
Pirelli: "FSL" işarəsi (Felgenschutzleiste)
Yokohama: Rim Protection Bar "RPB", "RPS" veya "RFP" işarəsi
BF Goodrich: Rim Protector "RP" işarəsi
Falken: "MFS" işarəsi
Fulda: Felgenhornschutz "FSL" işarəsi
Nokian: Rim Protector "RP" işarəsi
Toyo: Rim Flange Protector "RFP" işarəsi
Hankook: Rim Protector "RP" işarəsi
Belə... Düşünürəm faydalı olar.
Cəfər Abdullayev