PRİUS YOXSA İNSİGHT ALIM?

Son dönəmdə ən çox soruşulan iki ekonom model haqqında avto müqayisəni etmək qərarına gəldik.  Beləliklə Toyota Prius və Honda İnsight 2009-2012-ci illər arası olan avtomobillərin müqayisəsini təqdim edirik.

Qısa bir xatırlatma edim ki, bu araşdırma bizim facebook səhifəmizə (Masterclass Azerbaijan) gələn sorğulara ümumi rəylər, avto ekspertlərin bu modellərə olan rəyləri və öz araşdırmalarım əsasında toplanıb.

Həmişəki kimi bu iki modelin oxşar cəhətlərindən başlamayacam. Çünki, bir çoxumuz hər iki modeli  oxşar iş prinsipli tanısaqda bu modellərin əslində elə də oxşar cəhətləri yoxdur.

Təbii ki, yanacaq sərfiyyatı və atmosferə atılan CO qazını nəzərə almasaq. Beləliklə başladıq..

1. Xarici görünüş – Avtomobildə ilk öncə nəyə fikir veririk? Əlbəttə ki, xarici görünüş. Açığını desəm Hondanın görünüşü məni çox özünə çəkir. Etiraf edək ki, 20 kuza Priusun fonunda  Honda-da əsl avtomobil görkəmi var. Aqressiv baxış, linzalı faralar, aerodinamik gövdə etiraf edim ki, cəlb edicidir.  Nə yaxşı ki, 30 kuza Priuslarda bir az da olsa arxa stop və ön fənərlərə müasirlik verərək avtomobilin qamətini düzəltdilər ☺.

2. İşləmə prinsipləri – hər iki avtomobil hibrid adlansa da tam fərqli elektro-benzin mühərrik ahənglərinə sahibdirlər.  Priusun elektrik mühərriki  avtomobili tam benzin mühərriki söndürərək idarə etməyi bacararkən İnsight-ın elektrik mühərriki sadəcə benzinli mühərrikə assist - yəni yardım edir.  Adlarından da göründüyü kimi:

- Prius Hibrid Sinerji  idarəetmə yəni iki müxtəlif gücün bir amal üçün çalışması,

- İnsight isə İntegrated Motor Assist  Sistem  yəni qarşılıqlı yardım ilə idarəetmə deməkdir.

Buradan belə başa düşülür ki, Hondanın benzin mühərriki daim işləyir amma Toyota Priusda benzin mühərrik gah işləyir gah yox.

Amma İnsight-ın bu cəhətdən 1 üstünlüyü var: Priusda elektrik mühərrik sistemində nasazlıq olan zaman avtomobili ancaq evakuator üzərində ustaya aparmalı olacaqsınız amma İnsight-da bu belə deyil, elektrik sistemində hər hansı nasazlıq olsa da benzin mühərrik rahatlıqla işinə davam edəcək.

3. Texniki  fərqləri – 2008-ci ildə Paris avtomobil sərgisində Honda öz hibrid sistemli İnsight modelini tanıtdıqdan sonra, 2009-cu ilin martında Toyota Detroyt avtomobil sərgisində Prius 30 gövdə modelini təqdim etdi. Hansı ki, İnsight 1.3 mühərrik ilə, Prius isə artıq yeni gövdədə və 1.8 mühərrik ilə təchiz olunmuşdu.

Beləliklə, Toyotanın marketoloqlarının bu cəld tərpənişi Priusu İnsight-ı texniki cəhətdən qabaqladı.

Rəqəmlərlə desək:

Göstəricilər

Toyota Prius 30 kuza

(1.8 mühərrik)

Honda İnsight

(1.3 mühərrik)

Sərfiyyat (100 km-ə) 4-5 L 5-6 L
Maksimal sürət 180 km/s 186 km/s
Sürətlənmə (100 km-i neçə saniyəyə yığır) 10.6 12.6
Klirens (yerdən hündürlük) 15 sm 14 sm
At gücü 134 benzin /36(elektrik mühərrik) a.g. 98+13 (elektrik mühərrik) a.g.

Qeyd: Hər iki model 2009-cu il üzərindən müqayisə edilir.

 

4. Ehtiyat hissələri və usta ehtiyacları – Hər iki avtomobil Yapon keyfiyyətlidir. İnanmıram ki, elə də tez-tez sıradan çıxan detalları var. Hər halda Toyota 20 gövdədə olan ABS və yağ yemə problemlərini 30 kuzada aradan qaldırılıb. 

  • Ehtiyyat hissələri baxımından Priusun detalları İnsight ilə müqayisədə daha rahat tapılır, həm də qiyməti İnsight ilə müqayisədə ucuzdur.
  • Ustalarımız Hibrid avtomobillər yeni-yeni gələndə bir az əziyyət çəkdilər amma indi demək olar ki, hər ikisinin öhdəsindən gəlirlər.
  • Fərq yalnız Priusun batareyalarında hər hansı nasazlıq olan zaman hissə-hissə dəyişmək mümkün ikən İnsight-ın batareyası bir komplekt olduğundan yalnız tam dəyişilməlidir.
  • Başqa bir fərq gövdələrin korroziyaya davamlılığıdır. Honda İnsight bu cəhətdən Toyota Priusdan üstündür.
  • İnsight-ın daha bir üstünlüyü Prius kimi 200.000 km yürüşdən sonra mühərrikin yağ yeməməsidir.

6. Komfort – İlk sürüşdən İnsightın səs izolyasiya sisteminin Priusdan daha yaxşı olması nəzərə çarpır amma yumşaqlıqda çox təəssüf ki, deyə bilməyəcəm. Prius daha yumşaq və salonu daha geniş hiss bağışlayır. Həmdə İnsight-ın arxa oturacağında səfər edən  sərnişinlər Prius-dan daha dar olmasını təsdiqləyə bilərlər. Amma etiraf etməliyəm ki, İnsight-ın salonu daha doğrusu cihazlar paneli daha müasir, daha cəlb edicidir.

  

 

6. Qiymət – nəyinki bizim bazarda, həmçinin Amerika bazarında da İnsight nisbətən ucuz qiymətə satılır. Çox güman ki, səbəb olaraq Hondanın bəzi parametrlərdə uduzmasıdır.

Beləliklə, yekunlaşdırsaq gündəlik/praktik 9 parametr üzrə mənfi və müsbət rəy verməli olsaq nəticə aşağıdakı kimi olacaq:

Praktik 9 parametr üzrə Toyota Prius 30 Honda İnsight
Komfort + -
Yanacaq sərfiyyatı + -
Səs izolyasiyası - +
Mühərrikin ömrü (yağ yemə) - +
Xarici və daxili görünüş - +
Hibrid işləmə prinsipi + -
Klirens + -
Ehtiyat hissələrinin tapılması və münasib qiymət + -
Avtomobilin bazar qiymətinin münasib olması - +
Ümumi rəy toplusu 5 müsbət, 4 mənfi 4 müsbət, 5 mənfi

 

Belə... Düşünürəm ki, faydalı olacaq.

Cəfər Abdullayev

8409 29-09-2021

Paylaş:

Digər xəbərlər