YENİ NƏSİL VOLKSWAGEN PASSATDAN YENİ DETALLAR AÇIQLANDI

Görək 2023-də "o pula" Passat ala biləcəyik?

Dünyada 30 milyondan çox satılan Passat, Volkswagenin ən vacib elementlərindən biri olduğunu sübut etməyə davam edir. Üç fərqli qitədə, 10 fərqli obyektdə və təxminən 100 bazarda satışa təqdim edilən sedan model, Golf-dan sonra Alman markasının ən çox satılan məhsulu olaraq tarixə öz adını yazdırıb.

Masterclass.Az yeni nəsil Passat haqqında ilk təfərrüatları paylaşır.

İddialara görə Volkswagenin ilk hədəfi, bəzi bazarlarda hələ də fərqli platformalarda satılan Passatı tək bir infrastrukturda birləşdirmək olacaq. Hal-hazırda Almaniyada olan Emden zavodunda istehsal olunan Passat modelləri, yeni nəsil ilə birlikdə Skodanın Superbni də hazırladığı Kvasiny zavoduna daşınacaq. Bu da modelləri bir-birinə daha da yaxınlaşdıracaq.

Alman avtomobil həvəskarlarının iddialarına görə Volkswagen bir müddətdir Passat ilə nə edəcəyini düşünürmüş. Hətta modelin istehsalını dayandırmağı belə düşünən marka, ən sonunda modeli yeni nəsilə daşımağa qərar verib. Lakin idarəçilər, SUV və crossover axınına qarşı dirənmək üçün modeli büyütməklə işə başlayıb. Bu səbəblə yeni Passatın nisbətən daha uzun bir gövdə ilə gələcəyi deyilir.

Eyni şəkildə genişlənəcək olan Passatın çox daha geniş bir salona sahib olması təmin ediləcək. Özündən gözləndiyi komfortun üstünə çıxması istənilən sedan model, vizual elementlərinin bir qismini də keçdiyimiz aylarda makiajlanan Arteondan alacaq.

Volkswagenin 2023-cü il etibarı ilə yeni Passatın İngiltərədə satışa təqdim ediləcəyi də iddialar arasındadır. Bu da avtomobilin eyni ildə bütün Avropaya açılacağı mənasına gəlir. Alman markanın Passatı digər bazarlara nə zaman təqdim edəcəyi hələ dəqiqləşməmiş olsa da o günə qədər avtomobilin bir çox prototipini görmə şansımız olacağından əminik.

2020-ci il Volkswagen Passat: İlk sürüş

1991 24-08-2020

Paylaş:

Digər xəbərlər