RENAULT TAMAMİLƏ BAĞLANA BİLƏR

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Fransız markalı Renaultun yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə ciddi maliyyə problemləri yaşadığını və tamamilə bağlana biləcəyini bildirib.

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Avropa 1 radiosunda Renault haqqında açıqlama verib.

Renaultun epidemiya səbəbiylə ciddi maliyyə problemləri olduğunu ifadə edən Le Maire, markanın tamamilə bağlana biləcəyini bildirib.

Le Maire, təcili tədbirlər görülməli olduğunu söyləyib.

Ancaq Renaultun bunun öhdəsindən gələ biləcəyinə işarə edən Le Maire, elektrikli avtomoobil mövzusunda texnologiya baxımından dünyanın ən yaxşı istehsalçılarından birinə çevrilməyin Renault üçün doğru strategiya olduğunu düşünür.

Le Maire Le Figaro qəzetinə bildirib ki, Renault 5 milyard avro maddi dəstək istədi, lakin bunu hələ təsdiqləməyib.

Avropa Birliyi (AB) avtomobil bazarında Covid-19 səbəbiylə aprel ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 76,3 faiz azaldı.

321 26-05-2020

Paylaş:

Digər xəbərlər