Koronavirus pandemiyasına görə alt-üst olan dünya iqtisadiyyatı avtomobil aləmindən də yan keçmədi. Buna baxmayaraq artıq ümidverici xəbərlər gəlməkdədir. Avtomobil aləmi qarşıdan gələn Aprel ayına ümidlə baxır. Mart ayında istehsalını dayandıran bir neçə şirkət Apreldə işə başlayacaqlarını bəyan edib. Ferrari, Fiat Chrysler Automobiles, Ford, Honda və Volkswagen kimi şirkətlər Aprelin 16-dan işə start verməyi planlaşdırılar.