BAZARDA BAX BELƏ SAXTA EHTİYAT HİSSƏSİ SATILIR

Yenə də bazar, yenə də mənbəyi bilinməyən ehtiyat hissəsi. Masterclass.az saytı daha bir görüntünü təqdim edir. Əli ustaya müraciət edən sürücü deyir ki, bu termostatı birinci dəfə 25, sonra isə daha iki dəfə 20 AZN verərək bazardan alıb. Hər dəfə bir neçə gündən sonra sıradan çıxıb. Əli usta ehtiyat hissəsinin hansı brend markaya oxşadıldığını və saxta olduğunu izah edir. Normalda 35 AZNə satılan orijinal və zəmanətli termostatı almayan sürücü, dolayısı ilə 65 AZN ödəyib. Pulu isə geri qaytarmaq mümkün deyil və zəmanət yoxdur.

 

5383 27-01-2018

Paylaş:

Digər xəbərlər