Dizel yanacağı ilə bağlı problem yaşayan daha bir sürücü Masterclass komandasına müraciət edib. Məlum olub ki, bu şəxs Gürcüstandan Avro 4 standartına cavab verən dizel mühərrikli avtomobil alıb. Azərbaycan tərəfinə keçən kimi ilk yanacağı vuranda artıq injektorun işığı yanıb. Səbəb isə aydındır. Azərbaycan dizeli Avro 3 standartından da aşağıdır. Amma çox maraqlıdır ki, alınan avtomobillər mütləq ən azı Avro 4 standartına cavab verməlidir. Avtomobilə baxış keçirən Sahil usta belə problemlərlə ilk dəfə qarşılaşmadığını deyir. Əsas sual isə budur ki, nə üçün belə avtomobil alan sürücülərə gömrük rəsmiləşdirilməsi zamanı bu reallıqlarla bağlı xəbərdarlıq edilmir. Əksər sürücü bundan xəbərsiz olduğuna görə sonra gec olur. Məsələn bu sürücü ödədiyi məbləğ geri qaytarılarsa avtomobili qaytarmağa hazırdır