Ön tərəfdən baxıldığında yeni X5, bizləri çox daha geniş bir ön setka (oblisofka) ilə qarşılayır. Standart olaraq adaptiv LED faralar ilə təqdim olunan SUV, BMW-nin Laserlights fara sistemi ilə də seçilə bilir.
Arxa tərəfdə isə balaca əşyaların qoyulmasını asanlaşdırma məqsədi daşıyan iki qapaqlı bir baqaj yer alarkən, funksiyonal olaraq bu baqaj qapaqları avtomatik olaraq açılıb bağlana bilir.
Avtomobilin içərisində 12.3 inçlik iki ədəd ekran mövcuddur. Biri göstəriş paneli rolunu oynayarkən, digəri də məlumat, əyləncə sistemi olaraq istifadə edilir.
Öndəki oturacaqlar, altdan isitləmi və elektrikli olaraq tənzimlənəbilmə özəlliyinə sahibdir. Bundan əlavə funksiyonal olaraq havalandırmalı və masaj edən oturacaqlar da seçilə bilir.
Salondaki bir digər funksiya da 20 dinamik və 1500 watt çıxış imkanı tanıyan Bowers & Wilkins səs sistemidir.
Yeni X5 bazara X5 xDrive 40i və X5 xDrive 50i olmaqla iki versiyada təqdim olunacaq. xDrive 40i 335 at gücündə 3.0 litrlik turbo altı silindirli motorla 100 km/s sürəti 5.3 saniyədə yığarkən, xDrive 50i isə 456 at gücündə 4.4 litrlik V8 motoru ilə eyni sürətə 4.6 saniyədə çatacaq.
BMW, yeni X5-in qiymətinin nə qədər olacağına dair hər hansı bir açıqlama verməyib.