Səbəb olaraq yastıqların düzgün açılmaması və bu nöqsan səbəbindən sürücü və sərnişinlərə zərər vurma ehtimalı göstərilir.
Yaponiyanın "Toyota" korporasiyası Corolla, Scion, Sienna, Lexus IS250, Lexus IS-F markaları da daxil olmaqla, ABŞ-da 601 min avtomobilini geri çağırır. Masterclass.az-ın Trend-ə istinadən məlumatına görə, avtomobillərin geri çağırılmasına səbəb kimi "Takata" firmasının istehsalı olan təhlükəsizlik yastıqlarının düzgün açılmaması və bu nöqsan səbəbindən sürücü və sərnişinlərə zərər vurma ehtimalı göstərilir. Qeyd edək ki, bununla bağlı insidentlər nəticəsində dünya üzrə 20 nəfər həlak olub, 280 nəfərdən çox insan xəsarət alıb.