Məxfilik siyasəti
Məlumatların operatoru Masterclass, əlaqə: info@masterclass.az.
1. Hansı məlumatı toplayırıq
- Hesab məlumatı: telefon nömrəsi və ya e-poçt, ad, profil şəkli, seçdiyiniz şəhər.
- Sizin yazdıqlarınız: rəy, ulduz, forum mövzusu və cavablar, şikayətlər, əlavə etdiyiniz şəkillər.
- Səsli mesaj: dəstək söhbətində göndərsəniz — mikrofon yalnız düyməni basılı saxladığınız müddətdə işləyir, yazı siz göndərəndə serverə düşür.
- Qaraj məlumatı: avtomobilin markası, modeli, nişanı, yürüşü, servis qeydləri və yüklədiyiniz sənədlər.
- Texniki məlumat: cihaz modeli, əməliyyat sistemi versiyası, tətbiq versiyası, xəta hesabatları və ümumi istifadə statistikası.
- Məkan: yalnız icazə versəniz və yalnız «yaxınlıqda» axtarışı üçün. İcazəni istənilən vaxt sistem tənzimləmələrindən geri ala bilərsiniz.
2. Niyə toplayırıq
- Hesabınızı yaratmaq və qorumaq, giriş kodlarını göndərmək.
- Qarajınızı, rəylərinizi və yazılarınızı cihaz dəyişəndə də saxlamaq.
- Sizə uyğun obyektləri göstərmək və axtarışı yaxşılaşdırmaq.
- Qaydaların pozulmasının, saxta rəyin və spamın qarşısını almaq.
- Bildiriş göndərmək — yalnız seçdiyiniz kanallar üzrə.
3. Nəyi göstərmirik
Telefon nömrəniz və e-poçtunuz başqa istifadəçilərə göstərilmir. Qarajınız və oradakı sənədlər yalnız sizə görünür. Forumda görünmə seçimi tənzimləmələrdədir.
4. Kiminlə paylaşırıq
Məlumatınızı satmırıq. Yalnız aşağıdakı hallarda üçüncü tərəflə paylaşılır: xidməti işlədən texniki təchizatçılar (hostinq, bildiriş göndərmə, SMS), qanuni tələb olduqda səlahiyyətli dövlət orqanları, və sizin açıq razılığınız olduqda.
İşlətdiyimiz üçüncü tərəf xidmətləri və onlara nəyin getdiyi:
- Google Firebase (Cloud Messaging, App Check / Play Integrity) — bildiriş göndərmək və saxta müraciətlərin qarşısını almaq üçün: cihazın bildiriş nişanı və cihaz doğrulama məlumatı.
- SMS operatoru — təsdiq kodunu çatdırmaq üçün: yalnız telefon nömrəsi.
- Telegram — daxil olan müraciətlərdən heyəti xəbərdar etmək üçün: müraciətin mətni və qoşması; telefon nömrəsi maskalı göndərilir, e-poçt ünvanı ümumiyyətlə göndərilmir.
- Anthropic — dəstək köməkçisinin cavabı üçün: yalnız yazdığınız sualın mətni. Hesab məlumatınız, nömrəniz və qarajınız göndərilmir.
5. Nə qədər saxlayırıq
Hesab məlumatı hesab silinənə qədər saxlanılır. Hesabı sildikdə profil, qaraj və sənədləriniz silinir; forum yazıları və rəylər isə müzakirənin bütövlüyü üçün adsızlaşdırılmış şəkildə qala bilər.
Dəstək söhbətləri 90 gün saxlanılır; operatora ötürülən müraciətlər 12 ay saxlanılır və sonra adsızlaşdırılır.
6. Hüquqlarınız
- Məlumatınızın nüsxəsini istəmək — info@masterclass.az ünvanına və ya tətbiqdəki «Bizimlə əlaqə» formasından yazın. Müraciəti hesabınıza bağlı nömrə və ya e-poçtdan göndərin; kimliyi təsdiqlədikdən sonra nüsxə 30 gün ərzində fayl kimi göndərilir. Fayla profil məlumatınız, qarajınız, rəyləriniz, forum yazılarınız, bildiriş seçimləriniz və aktiv sessiyalarınız daxildir; şifrəniz, bildiriş nişanınız və texniki barmaq izləri daxil deyil.
- Səhv məlumatı düzəltmək — profil redaktəsi.
- Hesabı və məlumatı silmək — tənzimləmələrdəki «Hesabı sil».
- Bildirişlərdən imtina etmək — bildiriş tənzimləmələri.
7. Uşaqlar
Tətbiq 18 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb. Uşağa aid məlumatın toplandığını bilsək, onu siləcəyik.
8. Təhlükəsizlik
Məlumat şifrələnmiş kanalla ötürülür, girişlər jurnala yazılır və yalnız işi üçün lazım olan əməkdaşın həmin məlumata çıxışı olur. Buna baxmayaraq internetdə heç bir sistem 100% təhlükəsiz deyil — güclü şifrə işlədin və təsdiq kodunu paylaşmayın.
9. Əlaqə
Məxfiliklə bağlı sual və müraciətlər üçün: info@masterclass.az və ya tətbiqdəki «Bizimlə əlaqə» forması.

