Dəstək

Sualınız, təklifiniz və ya şikayətiniz eyni növbəyə düşür

Tətbiqin içindən

Ana səhifənin yuxarısındakı köməkçi düyməsinə toxunun, sualınızı yazın. Cavab kifayət etmirsə «Operatora yaz» seçin. Müraciətinizi və ona gələn cavabı Profil → Tənzimləmələr → Bizimlə əlaqə bölməsində izləyə bilərsiniz.

Cavab gələndə bildiriş göndərilir

E-poçtla

Hansı ekranda nə baş verdiyini yazın. Mümkünsə cihazın modelini və tətbiqin versiyasını əlavə edin — versiya Profil → Tənzimləmələr bölməsinin ən altında yazılıb.

info@masterclass.az

Zənglə

İş saatlarında — hər gün 09:00–18:00 (Bakı vaxtı). Obyekt sahibliyi və yerləşdirmə şərtləri üçün də bu nömrə işləyir.

+994 50 442 91 92

TEZ-TEZ VERİLƏN SUALLAR

Hesab

Hesabımı necə siləm?
Tənzimləmələr → Hesabı sil. Profiliniz, qarajınız və sənədləriniz silinir; forum yazıları və rəylər müzakirənin bütövlüyü üçün adsızlaşdırılmış şəkildə qala bilər. Nömrəniz azad olur — sonra yenidən qeydiyyatdan keçə bilərsiniz.

Qaraj

Qaraja avtomobil necə əlavə edim?
Qaraj tabına keçin və «Avtomobil əlavə et» düyməsinə toxunun. Marka, model, il və nişanı yazmaq kifayətdir — VIN və yürüş sonra da əlavə oluna bilər. Avtomobiliniz yalnız sizə görünür; forumda mövzu açanda hansı maşına aid olduğunu özünüz seçirsiniz.
Sənədlərim kimə görünür?
Heç kimə. Texniki pasport, sığorta və digər skanlar yalnız sizin cihazınızda və hesabınızda saxlanılır. Qarajı paylaşma linki ilə göstərsəniz belə sənədlər həmin linkə düşmür — link yalnız avtomobilin ümumi məlumatını açır.

Obyektlər

Obyektin sahibi mənəm — necə təsdiqləyim?
Tətbiqdə «bu mənim obyektimdir» düyməsi yoxdur, çünki sahiblik sənədlə yoxlanılır. Bizə əlaqə formasından yazın: obyektin adını və əlaqə nömrənizi qeyd edin, biz zəng edib sənədi yoxlayaq. Təsdiqdən sonra «Obyektim» bölməsi hesabınızda açılır — rəylərə rəsmi cavab yaza, iş saatlarını və əlaqəni özünüz dəyişə bilərsiniz.
Obyektə video necə əlavə olunur?
Video dəyərləndirməni yalnız Masterclass komandası çəkir və yükləyir — istifadəçi videosu qəbul edilmir. Kataloqa yeni obyekt əlavə edəndə videosu da olur və ana səhifədəki «Son dəyərləndirilənlər» blokunda görünür.

Rəylər

Rəyimi niyə dərhal görmürəm?
Rəylər dərc olunmazdan əvvəl moderasiyadan keçir — bu, saxta rəylərin qarşısını alır. Adətən bir neçə saat çəkir. Rəyiniz itmir: «Profil → Rəylərim» bölməsində statusu ilə birlikdə durur.