Layihəmiz avtomobillərin texniki həllərindən bəhs edir
Bu layihə həm də sürücüləri ortaq problemlər ətrafında birləşdirir. Razı və narazı qaldığımız ustalar, ehtiyat hissələri mağazaları, yanacaq doldurma məntəqələri, rəsmi avtoservislər, mənşəyi bilinməyən avtomobil yağları var. Onlara qarşı birgə mübarizə aparmaq və ya sadəcə doğru seçim etmək.
Saytımızda siz həm də alqı-satqı bölümündən faydalana bilərsiz. Burada çox vacib bir məqam var. Adətən alqı-satqı saytları texniki məsuliyyəti öz üzərinə götürmür. Yəni kim hansı avtomobili satmaq istəyirsə elan verir. Nəticədə bəzən gedib görürük ki, heç də hər şey şəkildə göründüyü kimi gözəl deyil. Masterclass.az saytında isə usta tərəfindən rəy almamış elan yerləşdirilməyəcək. Bu açıq yoxlamaya hazır olan hər kəsi aramızda görməkdən şadıq!
Hörmətlə,
Masterclass Azerbaijan