BAKI KƏNDLƏRİNİN ÜZƏN OKTAN ƏDƏDİ

Masterclass.az saytı yanacaqlarla bağlı növbəti fərdi yoxlamasını aparıb. Bu dəfə Bakı kəndləri ərazisində yerləşən YDM-lərin oktan ədədi yoxlanılıb. Ümumilikdə 92 oktanlı yanacaqların oktanları normal olsa da, maraqlı olan onların bir-birindən bir neçə rəqəm fərqlənməsi olub. Burada xüsusi qeyd etmək lazımdır ki, qış aylarında hava şəraitinin də oktana təsiri olduğu üçün bu rəqəmlər artır. Məsələn yay aylarında 89-90-91 oktan rəqəmini göstərən cihaz qışda eyni yerdə 92-94 göstərir. Ona görə də adətən yanacaqla bağlı problemlər yay aylarında qabarır. Masterclass komandasının ustası Sahil Ağabəyli də bildirir ki, sürücülər qışda demək olar avtomobillərdə detonasiya ilə bağlı şikayət etmirlər. Yayda isə belə narazılıqların sayı kəskin artır. Ona görə də hər dəfə sürücülərə bildirilir ki, kimlərinsə şəxsi fikrinə deyil, istehsalçının tələb etdiyi yanacağı seçmək lazımdır.

Fərdi yoxlamamızın nəticələri ilə yuxarıdaki video yayımda tanış ola bilərsiz.

2809 13-01-2018

Paylaş:

Digər videolar