TƏKƏR ALARKƏN BUNLARA FİKİR VERMİSİNİZMİ?

Yağışlı havalar gəldi, avtomobilin təkərlərini dəyişmək istəyənlər artıq yeni təkər almaq barədə düşünür. Təkər alarkən adətən nələrə diqqət edirik?  Firma, istehsal olunduğu ölkə, qiyməti və insanların rəyi.

Amma bu gün sizə təkər alarkən daha 2 xarakteristikasına fikir verməyin nə üçün vacib olduğunu izah etməyə çalışacam.

Nədir onlar?

1. Təkər stikeri

Belə ki, Avropa Komitəsi 1 Noyabr 2012-ci il tarixindən etibarən Avropa bazarına satışa gətiriləcək istənilən təkərdə bu etiketin olması tələbini qoydu. Təkər  istər Çində istehsal olunsun, istərsə də Fransada fərq etməz. 

Məsələ etiketdə yox, onun üzərində qeyd olunan parametrlərdədir. Belə ki, Avropada təkər alarkən brend və hara istehsalı ilə yanaşı təkərin 

  • yaş səthdəki performansı; 
  • nə qədər səsli olması;
  • və ən əsası nə dərəcədə yanacağa qənaət etməsi

parametrləri də əsas göstərici sayılır.

Hətta 2021-ci ildən bu stikeri təkmilləşdirərək buraya yeni,                         

  • İstehsalçı adı
  • QR kodla təkər haqqında məlumat
  • Buzlu və qarlı hava şəraitində istifadəsi
  • Fəsil göstəricisi kimi xarakteristikalar əlavə olundu.

Deyə bilərsiniz ki,"bunlar nəyimə lazım?" - Masterclass Facebook səhifəmizə son zamanlar Hansı təkər məsləhətdir? Hansı daha səssizdir? Və ya hansı dözümlüdür?  kimi çoxsaylı suallar ünvanlanır.

Elə bütün bu suallara təkərlərin üzərinə yapışdırılan stikerdə cavab tapmaq mümkündür.

P.S. Onu da qeyd edək ki, təkər Avropa üçün istehsal olunubsa bu stikeri görə biləcəksiniz.

Bilirsinizmi ki, 20 % yanacağa qənaət etmək üçün daha qənaətcil təkər seçməklə - yağışlı havada sürüşməni önləmək və tormoz məsafəsini qısaltmaq üçün yaş səth göstəricisi  A,B,C  olan və ən əsası səs göstəricisi aşağı olan təkər seçməklə daha səssiz təkərlərə sahib ola bilərsiniz?  Fərqləndirmək üçün deyək ki:

  • Söhbət edərkən 40-45 Db
  • Ofis  50-60 Db
  • Küçə 70-80 Db
  • Mühərrikli  mişar 100 Db  səs yaradır.

 

 

2. Diski qoruyan təkər

Bahalı disk avtomobilin yaraşığıdır. Amma bəzən park etmə zamanı səki kənarları və ya bərbad yol şəraiti avtomobilimizin bahalı disklərini zədələyə bilər. Bəs müasir təkərlərdə diski qoruma funksiyası olduğunu bilirdinizmi?

Əgər təkər üzərində MFS, FSL, FR, FP, RPB, RPC yazıları varsa, bu təkərin disk qorumalı olduğuna bir işarədir. İşdi bu işarələrdən təkər üzərində tapmasanız diskin təkərə oturduğu yerdən qabartılı çıxışlı olması da təkərin disk qorumalı olması mənasına gəlir.

 

Bu siyahıda disk qorumalı təkərləri hansı brendlər hansı adlarla təqdim etdiyini görə bilərsiniz:

 

Continental: "FR" işarəsi

Michelin: "FP" veya "RPC" işarəsi

Bridgestone: "Rim Guard" veya "FSL" işarəsi

Dunlop: Maximum Flange Shield "MFS" veya Fringe Protector "FP" işarəsi

Goodyear: "RFP" veya "FP" işarəsi

Pirelli: "FSL" işarəsi (Felgenschutzleiste)

Yokohama: Rim Protection Bar "RPB", "RPS" veya "RFP" işarəsi

BF Goodrich: Rim Protector "RP" işarəsi

Falken: "MFS" işarəsi

Fulda: Felgenhornschutz "FSL" işarəsi

Nokian: Rim Protector "RP" işarəsi

Toyo: Rim Flange Protector "RFP" işarəsi 

Hankook: Rim Protector "RP" işarəsi

 

Belə... Düşünürəm faydalı olar.

Cəfər Abdullayev

3058 07-10-2021

Paylaş:

Digər xəbərlər