TESLA MODEL 3-ÜN LİDAR SENSORU YÜK MAŞININI GÖRƏ BİLMƏDİ

Tesla Model 3-ün ətraf-mühit kamerasının ağac budaqları ilə dolu bir yük maşınını görməməyi, şirkətin sürücüsüz idarəetmə sistemini mübahisəyə açdı. Paylaşılan bir video ilə gündəmə gələn hadisə ilə bağlı hələ ki, rəsmi heç bir açıqlama edilmədiyi üçün istifadəçilər də ikiyə bölünmüş vəziyyətdədir.
 

Tamamilə sürücüsüz və elektrik mühərrikli avtomobilləri ilə bu sektorun ümumi gedişini dəyişdirən Tesla, vaxtaşırı müxtəlif mübahisələrə yol açır. Şirkət xüsusilə də sürücüsüz idarəetmə sisteminin həqiqətən də təhlükəsiz olub-olmadığının tam olaraq bilinə bilməməsi ilə reaksiyalara səbəb olur. İndi sizlərə bir Tesla Model 3 sahibinin başına gələn, gülməli olduğu qədər də düşündürücü bir hadisədən danışacağıq. 

Tesla Model 3 sahibinin yazdığı paylaşım ilə ortaya çıxan hadisənin harada baş verdiyi bilinmir. Bir yandan avtomobilini idarə edərkən digər yandan da ağıllı telefonuyla o anı çəkməyə başlayan adam, Model 3-ün ağaç budaqları daşıyan bir yük maşınını görmədiyini ifadə edir. Paylaşılan görüntüyə baxdığımızda Tesla Model 3-ün ətraf-mühit kamerasının, danışılan yük maşınını həqiqətən də görmədiyi nəticəsinə gəlirik.

Tesla, avtomobillərinə yerləşdirdiyi xüsusi sistemlər ilə maşının ətrafındaki hər obyekti müəyyən edir. Sürücü, avtomatik idarəetmə sistemi işə düşəndə də bu obyektlərə görə hərəkət edilir. Ancaq Reddit-də gündəm olan hadisə, avtomatik idarəetmə sisteminin işə salınması halında bir fəlakətə yol aça bilərmiş kimi görünür. Belə ki, sistem, ağac budaqlarını daşıyan yük maşınını görməməyə davam edər və sürətlənərsə, Tesla Model 3-ün yük maşınına arxadan çırpılması ehtimalı ürəkaçan olmazdı.

Reddit-də paylaşılan video ilə əlaqəli olaraq, Tesla cəbhəsindən bir açıqlama gəlmədi. Ancaq Reddit istifadəçiləri, bu açıqlamanı öz aralarında müzakirə etdilər. Bəziləri, sözükeçən görüntünün Tesla Model 3-ün avtomatik idarəetmə sisteminə niyə güvənilməməyimiz üçün sübut olduğunu deyərkən, bəziləri isə ətraf-mühit kamerasında gösdərilən görüntü ilə edilən hesablamalar arasında böyük fərqliliklərin olduğunu, bu səbəbdən hər hansı bir qəza ehtimalının olmadığını qeyd etdilər. Gerçək olan hansıdır bilinmir ancaq avtomatik idarəetmə sisteminin qarşısında hələ çox uzun bir inkişaf dövrü olduğu, hər kəs tərəfindən qəbul edilməli bir həqiqətdir...

Bu da Tesla Model 3 sahibinin paylaşdığı həmin video

1753 23-09-2021

Paylaş:

Digər xəbərlər