USTALARIN YAY XƏBƏRDARLIĞI

Hörmətli MasterClass izləyiciləri, yay aylarının gəlməsi ilə əlaqədar sizlər üçün "avtomobildə nələrə diqqət etməli" mövzulu bu xəbərimizdə, ustalarımızın fərdi tövsiyyələrini oxuya bilərsiniz.

 

Vüsal usta deyir ki: "Antifriz və yağın keyfiyyəti, kondisioner və ya çöl remenin, əyləc qəlibi (nakladka) və barabanlar (apornular), bir də əyləc mayesinə diqqət etməli. Radiatorun əla vəziyyətə olmasına nəzər yetirin, axıtmasın çünki çöldə hərəkət çox olur."

 

Vüqar usta deyir ki: "Yay aylarında xüsusən Toyota Lexus sürücüləri Yanacaq Doldurma Məntəqələrində (YDM) benzinlərə diqqət etsinlər. Çünki bu yay girəndən bizə benzinə görə olunan müraciətlərin sayı həddindən artıqdı. Uzaq yol gedərkən yay aylarında 95 vursunlar ya da qatqıdan istifadə etsinlər"

 

Sahil usta deyir ki: "1. İlk növbədə sürücülər avtomobilin ön hissəsində yerləşən radiatorun 50 sm məsafə ilə şırnaqlı su ilə yuyulması tövsiyyə olunur. 2. Temperaturun çox isti olduğu halda kondisioner olmayan avtomobillərdən günorta saat 1-dən 5-dək istifadə etməməkləri tövsiyyə olunur. 3. Əgər avtomobilin işlək hissəsində qar təkərləri varsa təcili olaraq yay və ya 4 mövsüm təkərlərlə əvəz olunmalıdır və eyni zamanda təkər təzyiqlərinin artırılması tövsiyyə olunur. 5. Soyuducu mayelərin qatılaşdırılması (antifriz) tövsiyyə olunur. Əsasən Bmw, Opel və Jeeplərin mühərrikləri qızmağa daha həssasdır. 6. Hər bir avtomobil sahibi salona keçid süzgəcini yay mövsümündə yeniləməlidir. 7. Və ən əsası yay aylarında hansı avtomobilə istehsalçı tərəfindən hansı yanacaq tövsiyyə olunursa mütləq ondan istifadə edilməlidir."

 

Aqil usta deyir ki: "Qranatın pilniklərinə və yağlarına diqqət edin. Çünki pilniklər zədələnərsə yağ ispareniya gedir və itir"

 

Ceyhun usta deyir ki: "Soyutma sisteminin düzgün işləməsinə diqqət etsinlər ki, avtomobillər qaynadaraq yolda qalmasın."

 

Əlövsət usta deyir ki: "Yay vaxtı sürücülərə tövsiyyəm odur ki, radiatorların özü və pərləri qaydasında olsun. Maşınların qaynama prosesi olmasın. Və çimərliklərdə açarlarla dənizə girməsinlər - çünki elektron açarlarla dənizə girəndə çox sürücü də belə edir və bu halda dəniz suyu bu açarların elektron hissələrini məhv edir."

 

Əli usta deyir ki: "Təbii ki, yayda hamı rayonlara üz tutur, əsas odur ki, benzin 95 olsa lap gözəl olar, soyutma sistemi ən böyük problemlərdən biridir buna diqqət etsinlər, bir də hava həddən artıq isti olduğu üçün təkərlər qızır. Şəhərdə sürülürsə biraz daha yaxşıdır ancaq uzaq yol gedənlər mütləq təkərlərə diqqət yetirsinlər. Və son olaraq yanacağı çəndə maksimum dərəcədə çox olsun. Nə qədər çox olsa o qədər də nasosun işləməsi və ömrü uzanacaq."

 

Vüqar usta deyir ki: "Bildiyimiz kimi yay mövsümündə avtomobildə əsas vacib amil mühərrikin soyutma sistemidir. Əgər bu sistemdə sızıntı və ya hər hansı detalın düzgün işləməməsi yəni termostatın, su nasosunun, silindirlər, blokunun başlığının və s. bu kimi nasazlıqlar sizin yolda qalmağınıza səbəb ola bilər. Bir digər məsələ ilə, avtomobildə içməli su saxlamağa çalışın və mümkün qədər də piyadalara qarşı nəzakətli olun."

 

Qurban usta deyir ki: "Ürək ağrısı, baş ağrısı və ya təzyiqi olan sürücülər kondisionersiz avtomobil idarə etməməklərini tövsiyyə edərdim. Və kimdə ki, əyləc sistemində - mayesində, barabanlarda problem varsa onlara baxdırsın ki, isti havalarda fəsadlara səbəb olmasın."

 

Səbuhi usta deyir ki: "Dizel maşınlarının yanacağı zəyif olduğuna görə yanacaq həddindən artıq qızıb soyuduğuna görə keyfiyyəti düşür, ona görə də qatqılardan istifadə etsələr daha yaxşı olar."

 

Rəşad usta deyir ki: "Antifrizlər hökmən 3 ildən 5 ilə qədər dəyişilməlidir növündən asılı olaraq. Əsasən çox adam fikirləşir ki, donmaya görə bu qışda lazım olacaq, amma əslində mühərrikin soyuması, mühərrikin yaxşı vəziyyətdə qalması, sürətlər qutusunun yaxşı işləməsi üçün soyutma sistemi ideal vəziyyətdə olmalıdır."

2242 01-07-2019

Paylaş:

Digər xəbərlər