Volvodan da xəbərimiz var. Belə ki, şirkət istehsalı tarixində ən təhlükəsiz avtomobilini təqdim etməyə hazırlaşır. Bunu Volvo nümayəndələri qeyd edib.
EX90 elektrokarı 9 noyabrda təqdim olunacaq. Onun tam təhlükəsiz olması üçün elektrokara çoxlu sayda qəbuledici və ötürücü, həmçinin kameralar yerləşdiriləcək. Bu ötürücülər sürücünün salonda özünü aparması, diqqətinin nə dərəcədə yolda olub olmaması ilə bağlı məlumat toplayacaq. Əgər sürücü diqqətsiz davranarsa öncə ona yüngül xəbərdarlıq ediləcək, sürücü buna məhəl qoymasa avtomobil elə yolun ortasında dayanacaq.